Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arıqlamaq üçün əvəzsiz qida - Dietoloq məsləhəti

  • 2021.05.29 12:06
  • 3129 Baxış
Arıqlamaq üçün əvəzsiz qida -  Dietoloq məsləhəti
Dietoloq Nərgiz Nəzirova arıqlamaq istəyənlərə mövsümi meyvələrdən alça yeməyi tövsiyə edib.

Ekspert yaşıl alçanın bir çox faydalı xüsusiyyətlərindən bəhs edib.

Meedicina.az publika.az-a istinadən xəbər verir ki, o bunları deyib:

"Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və ziyanlı maddələrdən təmizləyir.Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. Turşularla zəngin olan meyvə orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil etməlidir", - deyə dietoloq qeyd edib.