Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ariqlamaq üçün ən ideal vaxt - 10 dəqiqə...

  • 2023.06.09 17:23
  • 1994 Baxış
Ariqlamaq üçün ən ideal vaxt   - 10 dəqiqə...
Bir həftə ərzində orqanizndə artıq yağların əriməsinə nail olmaq düşündüyünüzdən də asandır. Gündə 10 dəqiqə vaxt bəs edir ki, maksimum çəki itirməyə nail olasınız.


“Medicina” xəbər verir ki, fitnes məşqçisi Valeriya Ovdeenkonun sözlərinə görə, gündəlik idmanla bir həftə ərzində effektiv şəkildə arıqlamaq olar. Lakin bunun üçün ideal vaxt səhər tezdən, yuxudan oyandıqda hesab edilir.


“Bu zaman tez və effektiv şəkildə nəinki arıqlamağa, həm də əzələləri gücləndirməyə və sağlamlığı yaxşılaşdırmağa kömək edə bilərsiz.

Səhər elementar məşqlərin yerinə yetirilməsi piylərin daha sürətli yandırılmasına kömək edir. Hər hansı bir fitness mütəxəssisi sizə acqarına məşqin axşam yeməyi ilə dolu olduğu axşamdan daha təsirli olduğunu söyləyəcək.
Səhər məşqlərinə gündə 10 dəqiqə vaxt lazımdır.

İlk növbədə aşağıdakı məşqlərə başlamağa dəyər:

Külək dəyirmanları, yan əyilmələr kimi məşqlər bədəni istiləşdirməyə kömək edir. Hərəkətlərin texnikasına nəzarət etmək üçün güzgü qarşısında məşqlər etmək daha yaxşıdır.

Hər məşq üçün 15 dəfə, 2- 3 cür idman hərəkətləri kifayərdir ki, bir həftə ərzində nəticə gözə çarpsın.

Bundan əlavə, bədəni tonusa salmaq üçün istitmə hərəkətlərindən sonra yüngül dartınma hərəkətləri edə bilərsiniz”.

Günay Quluzadə