Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arıqlamaq üçün ən faydalı QİDA

  • 2022.09.02 09:13
  • 3371 Baxış
Arıqlamaq üçün ən faydalı  QİDA
Qreypfrut 1650-ci ildə Karib dənizindəki Barbados adasında aşkar edilib. Qanda xolesterinin miqdarını aşağı salan qreypfrutun daxilində damarların tutulmasının qarşısını alan pektin kimi faydalı maddə var. Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün həmin meyvənin qəbul edilməsi çox faydalıdır.


“Qafqazinfo” xəbər verir ki, qreypfrut azkalorili olduğuna görə pəhriz saxlayanların və arıqlamaq istəyənlərin də menyusuna daxil olan qidadır, çünki iştahanı azaldır, yeməkdən sonra yaranan ağırlıq hissini aradan qaldırır. Onun 100 qramında 74 kilokalori var.


Qreypfrutu kəsən kimi yemək lazımdır, onun dadının bir qədər acımtıl olması üzərindəki ağ örtüklə əlaqədardır. Meyvənin qabığının soyulub yeyilməsi düzgün deyil, çünki meyvənin əsas faydası həmin ağ örtükdədir. Qreypfrutun qabığında naringin adlanan maddə var. Həmin maddə iştahanı bir müddət boğur, tərkibindəki qlükoza metobolizmi sürətləndirir. Bu qısa zamanda artıq çəkidən xilas olmağa kömək edir.




Mədə xorasından əziyyət çəkənlərin və qan təzyiqini aşağı salan dərmanların qəbulu zamanı qreypfrutdan istifadə etmək məsləhət görülmür. Ona görə də orta yaşlıların gün ərzində yarım qreypfrut yeməsi norma hesab olunur.


Onun qabıqları da meyvənin özü kimi çox faydalıdır. Tərkibində mikro və makro elementlərin çoxu qabıq hissədə cəmləşib. Qabıqlara xüsusi şirniyyatlar və çərəzlər əlavə edilərək qida məhsulları hazırlanır. Qreypfrutu mütləq qaranlıqda saxlamaq məsləhətdir. Otaqda və gün işığı altında saxlamaq onun tərkibindəki faydalı elementlərin itirilməsinə səbəb olur. Yetişmiş məhsulu seçərkən ən ağır olan və üzərində qırmızı ləkələrin çoxluq təşkil etdiyi meyvəyə üstünlük verilməlidir.


1 ədəd darçın çubuğu, 1 çay qaşığı bal, 2 xörək qaşığı razyana və 1 litr qaynadılmış suyun üzərinə doğranılmış bir ədəd qreypfrut və 8 yarpaq cəfəri əlavə edilərək qarışdırılır və onun 10 dəqiqə dəmlədikdən sonra gün ərzində qəbul edilməsi arıqlamaq istəyənlər üçün çox böyük səmərə verir.