Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arıqlamaq üçün əlavə pula ehtiyac yoxdur - Evdə hazırlanan TƏBİİ ÜSULLAR

  • 2017.11.25 11:16
  • 30012 Baxış
Arıqlamaq üçün əlavə pula ehtiyac yoxdur - Evdə hazırlanan  TƏBİİ  ÜSULLAR
Qadınlar güzgüyə baxan zaman ilk qarınlarına diqqət yetirirlər.

 

Medicina.az xəbər verir ki, bu nüans araşdırmalar zamanı ortaya çıxıb. Məlum olub ki, hər bir qadın qarın nahiyəsindəki artıq ətdən narahatlıq keçirir. Bunu əritmək üçün isə bir çox yola əl atırlar. 


Medicina.az arıqlamaq üçün ən təbii üsulları təqdim edir:

 



-Yeməklərdən öncə alma sirkəsi içsəniz iştahanız bağlanar və daha erkən doyaraq az kalori alarsınız. Qeyd edək ki, mədə xəstələrinə sirkə qəbul etmək olmaz. 


-Yağ əridən qidaların sırasında olan sarımsağı gecə yatmazdan qabaq bir stəkan su ilə dərman kimi içə bilərsiniz. Bu, qısa müddətdə göbək ətrafında olan artıq ətlərdən sizi xilas edəcək.


 -Qaraciyərdəki yağlanma səbəbindən bütün kilolar göbək hissədə toplanır. Bu səbəbdən qarnınızı əritmək üçün ilk olaraq qaraciyər təmizlənməlidir. Bunun üçün səhərlər ilıq suya yarım limonun suyunu əlavə edib içsəniz, bu orqanınız təmizlənməyə başlayacaq. Bununla da artıq ətlər sizi tərk edəcək.


 -Yaşıl çay ən təsirli qidalardan sayılır. Xüsusilə yeməklərdən sonra istifadə etsəniz, daha çox effekt əldə edə bilərsiniz. Təsirini artırmaq üçün bri neçə damla limon suyu əlavə edə bilərsiniz.
Arıqlamaq üçün əlavə pula ehtiyac yoxdur - Evdə hazırlanan  TƏBİİ  ÜSULLAR