Rəngli əşyalar müəyyən hisslər və duyğulara səbəb olur. Rənglər emosional vəziyyətə özünəməxsus şəkildə təsir göstərir, hətta nə qədər yediyimizi də tənzimləyir.
Məsələn, yaşıl sevgi və sülhü nəzərdə tutur, böyümə və həyatı, harmoniya və qurtuluşu xarakterizə edir; qırmızı həyəcanlandırır, canlandırır; sarı sevinc, yüngüllük və istilik gətirir. Üstəlik, rəng yalnız divarlar, mebel və paltarlar üçün deyil, həm də boşqablar, fincanlar, hər zaman gördüyümüz mətbəx aksesuarları üçün də vacibdir.
“Medicina” xəəbər verir ki, psixoloq Zarubinanın sözlərinə görə, yeməklərin rəngi iştahımıza əhəmiyyətli dərəcədə təsir göstərir.
“Deməli, ağ boşqablar həmişə ən populyar hesab edilib. Ancaq ağ boşqablar arıqlamaq üçün yaxşı seçim deyil.
Yeri gəlmişkən, bu rəng restoranlarda fəal şəkildə istifadə olunur, demək olar ki, hər yerdə ictimai iaşədə yeməklər ağ boşqablarda verilir. Psixoloq qeyd edir ki, bunda marketinq hiyləsi var.
Ağ qablarda təklif olunan yeməklər parlaq və gözəl görünür, iştahımızı daha da artırır.
Bundan əlavə, ağ rəng psixoloji cəhətdən əlverişlidir, müsbət əhval-ruhiyyəyə uyğunlaşmağa kömək edir.
Məsələn, ağ boşqabdan qırmızıdan təxminən 30% daha çox yediyimizə dair sübutlar var. Alimlər eksperimental olaraq sübut etdilər ki, qırmızı boşqablarda olan yemək az cəlbedici görünür.
Beyin üçün qara, bənövşəyi, tünd göy, bataqlıq və boz rəngli boşqablara qoyulan yeməklər o qədər də iştahaaçan görünmür, bu da porsiyaların sayını və ölçüsünü azaltmağa kömək edir.
Ona görə də arıqlamaq istəyənlər üçün tünd rəngli qablar ən yaxşı həll yoludur.
Əlbəttə ki, mətbəxinizdə yalnız boşqabların rəngini dəyişdirməklə ciddi şəkildə arıqlaya bilməyəcəksiniz”.
Aynurə Məmmədova