20 yaşlı tələbə Lindsi Boun arıqlamaq məqsədilə kimdənsə eşitdiyi metodu sınamaq qərarına gəlir.
Medicina.az xəbər verir ki, o, hər gün həb formasında alma sirkəsi qəbul edirmiş.
Otağında cansız halda tapılan Lindsinin ekspertiza zamanı qanından yüksək miqdarda asidoz aşkarlanıb.
Qızın anası onun hər gün yeməklərdən sonra alma sirkəsini, daha sonra isə həbini içdiyini deyib. Həkimlər onun ölümünə səbəb olaraq bu həbi göstərir. Eyni zamanda, onun gündəliyində də qeyri-sağlam qidalanması haqda qeydlər aşkarlanıb