Uzun müddətdir ki, artıq çəkidən əziyyət çəkən Dəniz Səki əməliyyata girmək üçün kökəlmək qərarına gəlib.
Medicina.az qafqazinfo-a istinadən xəbər verir ki, mədəsini kəsdirmək istəyən müğənni bir neçə həftə bundan əvvəl həkimə müraciət edib. Həkimi Səkiyə "əməliyyat edərəm, amma bir az da çəkini artırmalısan” deyib.
Dəniz həkiminin tövsiyəsinə riayət edərək çəkisini 10 kilo da artırıb.
Qeyd edək ki, bariatrik, yəni mədə kiçiltmə əməliyyatına girmək üçün insan 110-120 kq çəkiyə sahib olmalıdır.