Son zamanların populyar qidalanma üsullarından biri də yumurta pəhrizidir.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, dietoloq Perihan Kılıç yumurta pəhrizi ilə bağlı detalları açıqlayıb.
“Yumurtanı sevirsinizsə, bu pəhriz növü məhz sizin üçündür. Yumurta bir çox yeməklərə əlavə oluna bilən və müxtəlif üsullarla hazırlana bilən qidadır. Yumurta ana südündən sonra ən keyfiyyətli zülal mənbəyidir. Tərkibindəki zülal və yağ sayəsində sizi uzun müddət tox saxlayır. Yumurtanın sarısında A, D, E, K və B qrup vitaminləri, eləcə də kalsium, dəmir və sink var. Yumurta, həmçinin natrium, kalium və maqnezium ehtiva edir”, - deyə dietoloq bildirib.
Onun sözlərinə görə, yumurta pəhrizi zamanı diqqət edilməli nüanslar da var:
“60 qram yumurtanın tərkibində 6 qram zülal var. Səhər yeməyi zülal əsaslı olmalıdır. Tərkibində lif və antioksidant olan meyvələr gün ərzində istehlak edilməlidir. Gündə 2-2,5 litr su içmək lazımdır. Şəkər tərkibli qidalar qadağandır”.
Dietoloq bu pəhrizlə 3 gündə 2-3 kilo arıqlamağın mümkün olduğunu qeyd edib:
“Yumurta pəhrizini uzun müddət eyni çəkidə qalan insanlar tətbiq edə bilər. Yumurta pəhrizi maksimum 3 gün edilməlidir. 3 gündən çox tətbiq etmək sağlamlığa mənfi təsir edə bilər. Xroniki xəstəlikləri olanlar, böyrək xəstəliyi olanlar, hamilə və ya süd verən analar yumurta pəhrizini tətbiq etməməlidir".
Üç günlük yumurta pəhrizi:
1-ci gün
Səhər yeməyi: avokado + bişmiş yumurta + 1 dilim pendir + cəfəri
Nahar: 1 boşqab tərəvəz yeməyi + 1 kasa qatıq
Qəlyanaltı: 1 ədəd meyvə + 1 kasa qatıq + darçın
Şam yeməyi: 1 porsiya yumurta salatı + 1 dilim pendir + 2 ədəd qoz
2-ci gün
Səhər yeməyi: 2 qaşıq yulaf + 1 ədəd meyvə + 1/2 stəkan süd + darçın
Nahar: 1 kasa tərəvəz şorbası + salat
Qəlyanaltı: 1 ədəd meyvə + 6 ədəd badam
Şam yeməyi: Tərəvəzli yumurtalı muffin+salat
3-cü gün
Səhər yeməyi: 2 yumurta və göbələkdən hazırlanmış omlet + 1 ədəd meyvə
Nahar: 5 qaşıq kinoa ilə salat
Qəlyanaltı: 1 kasa qatıq
Şam yeməyi: 120 q qızardılmış balıq + salat
Gül