34 yaşlı qadın liposaksiya əməliyyatı keçirdikdən sonra ölüb.
Özəl klinikada estetik əməliyyatdan sonra komaya düşən xəstəni digər iri xəstəxanaya aparsalar da, onu reanimasiyadan sağ çıxara bilməyiblər.
Hazırda məhkəmə tibbi ekspertiza ölümün dəqiq səbəbini araşdırır.
Həkimlərin fikrincə, qadın anesteziya preparatının doza həddinin aşılması və ya narkoz preparatına ciddi allergiyadan kəskin ürək tənəffüs çatışmazlığı səbəbi ilə vəfat edib.
Liposaksiyadan sonrakı belə ağırlaşmalar hətta 2-3 gün sonra da verə bilir.