Xolestrin orqanizm tərəfindən
istehsal olunan və normal səviyyədə bədən
üçün vacib sayılan yağ kimi maddədir.Bədənin hər hüceyrəsində olan və qaraciyər tərəfindən hazırlanan xolesterol
qidaların həzmində, bədəndə müəyyən hormonların və D vitamininin istehsalında
mühüm rol oynayır.
Medicina.az xəbər verir ki, xolesterin səviyyənizi
aşağı salmaq və bədəndəki lazımi xolesterol səviyyəsini tənzimləmək gözlədiyiniz
qədər çətin deyil. Yüksək xolesterolun müalicəsində diqqət
etməli olduğunuz ilk şey sağlam həyatdır. Sağlam bir həyat üçün ilk addım
ideal çəkinizi tapmaq və bu çəki qorumaqdır. Bunun üçün qidalanmanıza
xüsusi diqqət etməlisiniz.
Meyvə, tərəvəz,dənli bitkilər və bu kimi qidaların tərkibində olan kifayət qədər maye asanlıqla
həzm etməyə kömək edir və bağırsaqlarımızıdaha rahat hiss etdir.
Badımcan liflə zəngin bir qidadır.Onun tərkibində az
miqdarda yağ var, buna görə arıqlamağa çalışan və ya piylənmə problemi olan
insanlar üçün çox sağlam bir seçimdir.
Şərqdə uzun ömürlülük tərəvəzi
adlandırılan, suyu belə insan orqanizmi üçün möcüzəvi təsirə malikdir. Bəzi
mənbələr bu suyu içərkən çox insanda ürəkbulanma, tərkibindəki bəzi maddələrdən
zəhərlənmə baş verdiyini desə də, təmiz bostan badımcanını mövsümündə şirəsini
çəkib içməklə bu mənfi təsirlər baş vermir.
Şirə üçün hələ kiçik, tam yetişməmiş,
rəngi bir qədər açıq bənövşəyi, yəni sütül badımcan götürülür. Şirəsi çəkilməzdən
öncə doğrayıb mütləq duzlu və ya sirkəli suda saxlanılır.