Çəkinin kəskin azalması da diabetin simptomu ola bilər.
“Medicina” xəbər verir ki, endokrinoloq Nil Patel şəkər xəstəliyinin erkən simptomlarını açıqlayıb.
“Biz bilirik ki, piylənməsi, artıq çəkisi, metobolik pozulması olan insanlar diabetə yaxınlaşır. Amma qəflətən kəskin çəki itirilməsi də şəkərin başladığını göstərə bilər.
Adətən, sidiyə çıxma, gecə tualetə oyanmaların artması əsas siqnaldır.
Məhz buna görə orqanizmdən sidiklə kalorilər yuyulur, insan arıqlayır.
Eləcə də daimi yorğunluq, nevrozluq, aqressiya, yuxululuq, işl qabiliyyətinin düşməsi də simptomlardır.
Şəkərli orqanizmdə qan çox zəif dövr edir, beyinə ürəyə qanı, qidalı maddələri çətin daşıyır.
Diabetiklərin ağzından da spesifik qoxu gəlir.
Elə bilməyin ki, bu qlükoza, şəkər qoxusudur, əksinə, lax yumurta iyi gəlir.
Qanda şəkər çoxalanda günün müəyyən saatları bədəndə susuzlaşma artır və insan susuzluq hiss edib, tez sərinlmək istəyir.
Aclıq və susuzluq hissi – diabetin əsas 2 siqnalıdır”.
Aygün Musayeva