Sağlamlığa faydaları ilə tanınan məhsullardan biri də şüyüd toxumudur. Onun həm özü, həm də yağı orqanizmə möcüzəvi təsir edir.
Medicina.az şüyüd toxumunun və yağının ən faydalı xüsusiyyətlərini araşdırıb:
- Şüyüd və onun toxumu maddələr mübadiləsini sürətləndirir. Bununla da arıqlamağı asanlaşdırır. Bu qida, həmçinin iştahı azaltmağa kömək edir. Şüyüddə olan “anethole” iştahı kəsir. Maraqlısı odur ki, bitkinin toxumundan əldə olunan yağ da eyni effekti verir. Bir ay müddətində salatlara zeytun yağı əvəzinə şüyüd toxumu yağı əlavə edərək maddələr mübadiləsini sürətləndirmək olar.
- Şüyüdün toxumu C vitamini, kalium, manqan, kalsium və dəmir ehtiva edir. Tərkibindəki C vitamini sayəsində güclü antioksidant rolunu oynayır. Bədəni sərbəst radikallar adlanan qeyri-sabit molekulların yaratdığı hüceyrə zədələnməsindən qoruyur.
-Şüyüd toxumu ürək sağlamlığı üçün də əvəzolunmazdır. Yüksək xolesterini və ürək xəstəliyi ilə əlaqələndirilən digər risk faktorlarını aradan qaldırır.
- Şüyüddən və onun toxumundan hazırlanan çay həzm problemlərini azaldır.
Aysel