Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arıqlamağa mane olan 5 qida

  • 2023.07.17 18:04
  • 1737 Baxış
Arıqlamağa mane olan    5 qida
Artıq çəkidən azad olmaq üçün “qara” siyahıya vərdişlərlə yanaşı, sağlam qidalanma sferasından olan məhsullar da daxildir: süd məhsulları, həmçinin meyvələr.


Süd məhsulları tez-tez zəif həzm olunur və bədəndə mayenin yığılmasına, şişkinliyə, bu da çəki artımına səbəb ola bilər.

“Medicina” xəbər verir ki, endokrinoloq Anton Polyakovun sözlərinə görə, meyvələrə gəlincə, onlar çox miqdarda fruktoza ehtiva edir. Onun intensiv istehlakı qaraciyərə yükü artırır, nəticədə yağların parçalanması prosesləri ləngiyir.


“Həmçinin tərkibində omeqa-6 yağ turşuları olan qidalar arıqlamağa mane olur. Bir çox insanlarda bədəndə iltihablı hadisələrin inkişafını aktivləşdirir. Kartof, badımcan, pomidor, bibər də bu sıraya aiddir.


Bu tərəvəzlər arıqlamaq üçün daha çox fayda gətirəcək: brokkoli, gül kələm, qırmızı kələm və digər kələm növləri”.
Tərkibində Omeqa-6 olan məhsulları, omeqa-3 və omeqa-9 yağ turşularının mənbələri ilə əvəz etməyi məsləhət görüb.

Arıqlamaq üçün günəbaxan, qarğıdalı, kətan yağlarını pəhrizdən çıxarmağı, onları kətan və çia toxumu, zeytun yağı və dəniz məhsulları ilə əvəz etməyi tövsiyə edir.


Arıqlamağa mane olan qlüten buğda, çovdar və arpada olur. Bunun əvəzinə qəhvəyi düyü, Amarant yarması istifadə etmək daha yaxşıdır.


Günay Quliyeva