Buğda pəhrizi doktor Uilyam Devis tərəfindən sağlam həyat
sürmək və arıqlamaq istəyənlər üçün xüsusi olaraq hazırlanmış bir pəhrizdir.
Medicina.az xəbər verir ki, əsasən
bel nahiyəsindəki yağları məhv etməsi ilə məşhur olan bu diyetaya bəzən buğda bel diyetası da deyilir.
Həkim bildirib ki, bel nahiyəsindəki
yağ buğda və qlüten ehtiva edən qidaların həddindən artıq istehlakından
qaynaqlanır. Bu pəhriz qlüten tərkibli qidaları menyumuzdan çıxarmağa kömək edəcək.
Buğda pəhrizi işə yarayırmı?
Bu pəhriz uğurlu bir pəhriz
proqramıdır və dünyada minlərlə insanın arıqlamasına kömək edib. Pəhriz iki əsas xüsusiyyətə malikdir. Biri bədəndəki iltihabı azaltmaq, digəri isə
şəkərli qidaların istehlakını dayandırmaq. Bu iki xüsusiyyət insanlara asanlıqla arıqlamağa kömək
edə bilər.
Bundan əlavə, pəhrizin yaradıcısı
doktor Uilyam Devis bu gün istehlak etdiyimiz buğdanın genetik olaraq dəyişdirildiyini
və xeyirdən daha çox zərər verdiyini söyləyir. Bu səbəbdən son zamanlar buğda və ya qlütenə meylli insanların sayı
artmaqdadır. Bu iki tərkibli qidalardan uzaq durmaq, iltihabın
qarşısını almaq və mədə turşusunu sabitləşdirməyə kömək etdiyi sübut edilib.
Buğda
pəhrizində nə yemək lazımdır?
Az miqdarda nişasta tərkibli tərəvəzlər: brokoli, xiyar, pomidor, balqabaq,
kələm, ispanaq, kələm və yaşıl soğan.
Meyvələr: alma, çiyələk, qreyfurt, portağal, limon, gavalı, qovun, qarpız və
avokado.
Zülallar: ət, təzə balıq, yumurta və göbələk.
Sağlam
yağlar: fındıq, zeytun, kakos və avokado yağı.
Süd məhsulları: Tam yağlı pendir, kərə yağı, qatıq və süd.
Taxıllar: Düyü, qarabaşaq yarması və darı.
Buğda pəhrizində nə yemək olmaz?
Buğda və ya taxıl əsaslı qidalar: çərəzlər, çörək, tort, buğda çörəyi, səhər
yeməyi üçün dənli bitkilər, pizza, makaron, peçenye, əriştə və hər cür sendviç.
Bişmiş yeməklər: Hazırlanmış toyuq məhsulları, kartof qızartması, bişmiş ət
məhsulları, dondurulmuş qidalar.
Yüksək şəkərli içkilər və yeməklər: quru meyvələr,
qarğıdalı siropu, turşu və şəkərli içkilər.
Bir məhsulun buğdanın olub olmadığını müəyyənləşdirməyin
ən sadə yolu, tərkibini oxumaqdır. Təəssüf ki, həmişə bu tərkibdə buğda sözünü
görmürük.
Buğda pəhrizinə nümunə
Səhər yeməkdən öncə: Yarım limonun
suyunu bir stəkan isti suya sıxıb içmək
Səhər yeməyi: Avokado və ispanaq qarışıqlı
kokteyl və 1 qaynadılmış yumurta
Nahardan öncə atışdırmaq: 1 alma yaxud
1 stəkan yaşıl çay və 4 badam (qabıq soyulmalıdır)
Nahar: Qəhvəyi düyü, göbələk və ya
qızardılmış balıq, tərəvəz, yarım fincan qatıq
Şamdan öncə atışdırmaq: 1 stəkan təzə
sıxılmış meyvə suyu
Şam yeməyi: Pomidor şorbası,
qızardılmış toyuq filesi, tərəvəz və yatmazdan əvvəl bir stəkan isti süd