Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arıqlamağa kömək edən 10 QİDA

  • 2023.04.13 09:10
  • 1758 Baxış
Arıqlamağa kömək edən  10 QİDA
İdeal çəkiyə sahib olmaq üçün müntəzəm idmanla yanaşı, sağlam qidalanma vərdişlərinə də yiyələnməlisiniz.

Pəhriz qidaları arıqlamaqda böyük rol oynayır.

Xüsusilə, 10 qida var ki, onlar sizə hədəfə çatmaqda çox kömək edəcək.

Bakupost.az arıqlamaqda faydalı olan 10 qidanı təqdim edir.

Yulaf əzməsi - Yüksək lif tərkibi və aşağı qlisemik indeksi ilə çəki atmağa kömək edir. Tərkibindəki lif toxluq hissi və uzunmüddətli enerji verir.

Qatıq - Aşağı kalorili qida olsa da, içərisindəki yüksək proteinlə toxluq hissi verir. Tərkibində bağırsaqların sağlamlığını yaxşılaşdıran və həzmi asanlaşdıran probiotiklər mövcuddur.

Rozmarin - Antioksidant və antiinflamatuar xüsusiyyətləri ilə tanınır. Həzmi asanlaşdırır. Maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir.

Yaşıl çay-- Tərkibində katexin adlı bir antioksidant var. Bu antioksidant maddələr mübadiləsini sürətləndirir və yağların yandırır.

Qızıl balıq - Təkibində omeqa-3 yağ turşuları var. Bu yağ turşuları maddələr mübadiləsini sürətləndirir və yağların yandırılmasını artırır.

Bundan əlavə, yüksək protein tərkibi ilə toxluq hissi verir.

Qaragilə -Antioksidantlarla zəngindir. Bundan əlavə, kalorizi az olsa da, tərkibindəki yüksək liflə toxluq hissi verir.

Avokado - Yüksək yağ tərkibinə baxmayaraq arıqlamağa kömək edir. Tərkibindəki doymamış yağlar toxluq hissi verir. Maddələr mübadiləsini sürətləndirir.

İspanaq - Aşağı kalorili bir qida olsa da, yüksək lif tərkibi ilə toxluq hissi verir. Bundan əlavə tərkibindəki dəmir və C vitamini ilə immunitet sistemini gücləndirir.

Alma - Antoksidantlarla zəngindir. Yüksək lifli tərkibi ilə toxluq hissi verir.

Badam - Yüksək protein və yağ tərkibi ilə toxluq hissi verir. Bundan əlavə, tərkibindəki liflə həzmi asanlaşdırır.

Bununla belə, badam yüksək kalorili qidadır. Ona görə də, porsiyaya nəzarət vacibdir.