Arıqlama çayları tez-tez istifadə edilən bitki çayları kimi məşhurdur. Ancaq bu çayların bir çoxu sağlam qidalanma və müntəzəm idmanla birlikdə istifadə edildikdə daha təsirli olur.
Medicina.az xəbər verir ki, bu çayların bir çoxunun tərkibində maddələr mübadiləsini sürətləndirməyə, bədəndən toksinləri çıxarmağa, həzmi dəstəkləməyə və şişkinlik kimi problemləri aradan qaldırmağa yönəlmiş maddələr var.
Bəs arıqlama çayları nə dərəcədə təsirlidir?
Mütəmadi olaraq idman etmək, sağlam və düzgün qidalanma planı yaratmaq və kifayət qədər su içmək arıqlama prosesində çox daha təsirli amillərdir. Arıqlama çayları bu prosesdə kömək edə bilər, lakin onların əlavə olduğunu unutmayın.
Bundan əlavə, bəzi arıqlama çayları bəzi insanlarda yan təsirlərə səbəb ola bilər. Xüsusilə qan təzyiqi, ürək xəstəlikləri, mədə xəstəlikləri kimi sağlamlıq problemləri olan insanların bu çaylardan istifadə etməzdən əvvəl həkimlərinə müraciət etmələri vacibdir..
Aygün
Medicina.az