Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arıqlama çayı içdi,qaraciyərini itirdi

  • 2023.08.04 16:25
  • 3389 Baxış
 Arıqlama çayı içdi,qaraciyərini itirdi

Son dövrlər dəb halına gəlmiş arıqlama çayları artıq çəkidən qurtulmaq istəyənlərin istifadə etdiyi üsullardan biridir.


Medicine.az xəbər verir ki, Türkiyə vətəndaşı 48 yaşlı Hatiçe Barutçu da arıqlama çaylarının qurbanı olub.


Artıq çəkisindən qurtulmaq istəyən qadın bu çaylardan istifadə edərək 1 ay ərzində 20kq arıqlayıb məqsədinə çatsa da sonralar qarnındakı şişkinlik və mədə ağrısı səbəbi ilə həkimə müraciət edir. Kəskin qaraciyər çatışmazlığı diaqnozu qoyulan qadının orqanizmi müalicəyə cavab verməyincə reanimasiyaya yerləşdirilən Haticeyə həkimlər son çarə olaraq qaraciyər köçürməsi edib.


Türkiyəli həkim-professor Ender Dulundunun sözlərinə görə, qeyri-aktiv həyat tərzi, idmanla məşğul olmamaq və stress artıq çəki almağa səbəb olur.


“Keçmişdə qaraciyər çatışmazlığının ən önəmli səbəbləri arasında hepatitlər hesab olunurdusa, müasir dövrdə qaraciyər çatışmazlığının ən başlıca səbəbi piylənmə, qaraciyər yağlanması hesab olunur. Bununla yanaşı, ürək-damar xəstəliklərinin, təzyiqin və digər onkoloji xəstəliklərin əsas səbəbini də piylənmə hesab edə bilərik”.

Arıqlama çaylarının təhlükəsindən də bəhs edən Ender Dulundunun sözlərinə görə həkim nəzarəti olmadan bu tip arıqlama çaylarının, habelə dərmanlarının istifadə olunması məsləhət görülmür. Həkim bu tip vasitələrdən istifadə edən xəstələrin məhz qaraciyər problemləri ilə üzləşdiyini vurğulayıb.

Xanım