Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arıların ayaqlarındaki möcüzəvi qida – Minbir dərdin dərmanı imiş

  • 2019.09.30 12:14
  • 9818 Baxış
Arıların ayaqlarındaki möcüzəvi qida –   Minbir dərdin dərmanı imiş
Allahın biz insanlara verdiyi nemətlərdən biri də arı məhsullarıdır.

 

Bu məhsullar həm qida kimi istehlak edilir, həm də xalq təbabətində geniş istifadə edilir. Arı məhsulları dedikdə ağıllara ilk növbədə bal, arı südü kimi qidalar gəlir. Amma arı çörəyi kimi tanınan qida da belə məhsullara daxildir və insan orqanizminə olduqca faydalıdır.

Arı çörəyi təbii vitamin və mineral mənbəyidir. 

 

Arı çörəyinin faydaları:

- Mədə və bağırsaq florasını tənzimləyir, zehni fəaliyyəti artırır; - Uşaqların sağlam böyümə və inkişafına müsbət təsir edir; - Həzm sistemini tənzimləyir; - Allergik reaksiyaları azaldır; - Qandakı xolesterol səviyyəsini nizamlayır.

Bütün bunlardan əlavə arı çörəyi qaraciyər xəstəliklərində, mədəaltı vəzi xəstəliklərində, anemiya, hormonal disbalans, fiziki və zehni gerilik, immun zəifliyi, beyin qan dövranı pozulması, xroniki yorğunluq sindromu, davamlı infeksiyalar və s. zamanı effektiv təsir göstərir. Tərkibi çiçək tozundan ibarətdir. Çiçək tozu özü dəmirlə zəngin olduğundan bir çox xəstəliklərə faydalıdır. Tərkibində K və B vitamini olan arı çörəyindən, qan azlığında, əməliyyadan sonrakı dövrlərdə, şəkərli diabet və endemik zobun müalicəsində də geniş istifadə edilir.

Necə hazırlanır? Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir, özündə arı südü, propolis və balın xüsusiyyətlərini birləşdirir.

 

Arı çörəyini güləm və ya perqa da adlandırırlar.