Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağrıkəsici qəbul etdi, cinsiyyəti dəyişdi – Dərmanın şok təsiri

  • 2018.05.02 16:01
  • 12383 Baxış
Ağrıkəsici qəbul etdi, cinsiyyəti dəyişdi –  Dərmanın şok təsiri
23 yaşlı Skott Perdi Britaniya qəzeti Daily Mirrora açıqlamasında Preqabalin adlı preparatın qəbulundan sonra seksual oriyentasiyasında dəyişiklik baş verdiyini etiraf edib. 


Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət bu dərmanı qəbul etdikdən sonra o, görüşdüyü qızı atıb və özü-özündə tam harmoniya tapıb.

Əvvəllər  ehtiraslı heteroseksual olan gənc bir gününü belə qadınlarsız təsəvvür etmirdi. O ömründə gey ola biləcəyini ağlından belə keçirməmişdi.


Ayağını sındırandan sonra İngiltərədə satışda olan Lirika adlı məşhur ağrıkəsicini qəbul etdikdən sonra libidosu tamamilə itir və o, kişilərin marağını cəlb etmək fikrinə düşür.


Preqabalin Avropa Birliyində 2004-cü ildən epilepsiya preparatı kimi tətbiq olunur. Sonradan ondan neyropatik ağrılarda istifadə etməyə başladılar. 

Skott dərmanın onu dəyişdiyindən narazı deyil.


" Çünki bu dərman məni əslində olmalı olduğum cinsə sahibləndirdi. Mən oyandım və xoşbəxtəm”.


Dərman pasiyentdə həyəcan və təşvişi də azaldıb, depressiyadan çıxarıb və ətraf mühitə daha açıq edib.

Skott Perdi açıqlama verməsinin səbəbi kimi, həkimlərin və insanların bu dərmanın nə kimi təsiri ola biləcəyindən xəbərdar olmasını göstərib. 

Dərmanın içliyində erektil disfunksiya, libido azalda bilməsi kimi yan təsirləri barədə qeyd var. Lakin bu dərəcədə təsir edəcəyi heç kimin ağlına gəlməzdi.