Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib.
Medicina.az xəbər verir ki, bu barədə APA-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.
O, atasının səhhətinin yenidən pisləşdiyini qeyd edib: “Səhər səhhətində müəyyən normallaşma var idi, günorta yenidən vəziyyəti ağırlaşıb”.
Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.