Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arif Babayevin vəziyyəti yaxşılaşır: evə buraxılacaq

  • 2021.10.13 12:50
  • 3031 Baxış
Arif Babayevin vəziyyəti yaxşılaşır:  evə buraxılacaq
Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.

Medicina.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib.

O bildirib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".