Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev əməliyyat olunub.
Medicina.az xəbər verir ki, bu barədə "5-də 5” proqramında xanəndə özü məlumat verib.
A. Babayev ağır əməliyyat keçirdiyini, indi isə səhhətinin qaydasında olduğunu vurğulayıb. O, əməliyyat üçün İstanbuldan həkim gətirildiyini də qeyd edib.
Qeyd edək ki, Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.