Bakıda arı sancan xəstə dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə aznews.az-a 3 saylı Sabunçu Kliniki Tibbi Mərkəzindən bildirilib.
Mərkəzin reanimasiya şöbəsidən verilən məlumat görə, Cavid İmanlını oktyabrın 25-də arı sancıb:
"Qara, böyük arı Cavidi qolundan sancıb. Bu müddət ərzində xəstənin qolu kürək nahiyəsinə kimi şişsə də, o, yalnız oktyabrın 30-da xəstəxanaya müraciət edib.
Xəstənin qolunda çirk kristallaşmasını görən həkimlər onu əməliyyat ediblər. Əməliyyatdan sonra Cavidin vəziyyəti ağırlaşıb. Reanimasiya şöbəsinə köçürüldükdən sonra isə dünyasını dəyişib”.