Osteopatiya – insanın sümüyündən tutmuş daxili orqanına kimi qaydaya salır
Dünyada çox populyar olan, insanların ailəlikcə müraciət etdiyi osteopatiya təəssüf ki, Azərbaycanda illərlə gizli qalmış sahə olub. Son illərdə bizdə də osteopatik müalicəyə başlanılıb. Amma hələ də böyük kütlə osteopat kimdir, nədir bilmir və çox problemlərinin dərmanının osteopatiya olduğunu bilmir.
Medicina.az xəbər verir ki, osteopatiyada xəstəliyin diaqnostikası və müalicə yalnız həkimin əlləri ilə həyata keçirilir. Osteopat əzələ, sümük, damar, daxili orqan, beyinin fırma, sıxlıq və temperaturunu yoxlayır, baş vermiş dəyişiklikləri təyin edir. İllərlə insan orqanizmində orqanlar yerini dəyişir, böyüyür, əyilir, zərbə görür. Hətta körpə belə anadan olduğu an doğum yollarından keçdikdə boyun, baş, bud çanaq hissəsi müəyyən qədər təzyiqə məruz qalır. Ona görə bütün dünyada uşaq doğulandan sonrakı 3 gün ərzində osteopata göstərilir ki, baş vermiş dəyişikliklər düzəldilsin.
Hazırda çox nadir klinikalarda təsadüf olunan Osteopatiya Bioloji Təbabət klinikasında mövcuddur və burda xaricdə 4 illik təhsil keçmiş təkmilləşmiş peşəkar osteopatlar çalışır.
Medicina.az osteopat Elfanə Süleymanovaya osteopatiya ilə bağlı bir neçə sual ünvanlayıb:
-Kimlər osteopatın qəbulunda olmalıdır? Hansı xəstəliklərdən əziyyət çəkənlərə osteopatiya göstərişdir?
-Yeni doğulmuşdan tutmuş - 0 yaşdan 65 yaşa kimi istənilən şəxs məsləhətdir və hətta vacibdir ki, ildə 1-2 dəfə osteopatik baxışdan və seansdan keçsinlər. İstər uşaq, istər böyüklərdə ən yüngül xəstəlik və simptomların müalicəsində osteopatiya köməkçi metod kimi tətbiq olunur.
•Əzələ, sinir, sümük sistemində problemi olanlar
•Baş ağrısı, miqrenin müalicəsində
•Stress, nevroz, depressiya
•Protruziya, osteoxondroz, kifoz, onurğa problemləri, boyun ağrıları
•Əzələ gərginliyi
•Ayağının biri digərindən qısa görünənlər, bədənin bir hissəsi daha çox əyilməyə məruz qalanlar
•Doğuşdan sonra qadınlarda uşaqlıq sallanması ilkin mərhələdə
•Daxili orqanların – mədə, bağırsaq, böyrəklərin düşməsi, yerini dəyişməsi
•Yıxılan, qəza keçirən insanlar. Çünki adi maşın qəfil əyləci basdıqda insanın boynu sürətlə irəli və arxaya gedir, bu zaman boyunda yerdəyişmə olur. Və ya evdə qəfildən çanağı üstə oturanda, düşəndə, yıxılanda çanaqda dəyişiklik olur ki, bunlar özünü dərhal yox, aylar sonra ağrı ilə göstərir. Bizdə təəssüf ki, belə hallara önəm vermirlər, diaqnozu düzgün qoyulmur. Bir pasiyentimiz var idi, xanım çanağı üzərində hamamda oturmuşdu, büzdüm sümüyündə əyilmə olmuşdu. Büzdüm sümüyü nahiyəsində ağrılar, bundan qaynaqlanan baş ağrıları ilə illərlə həkim gəzmişdilər, çox yerdə demişdilər ki, artıq gecdir, əyilmə bitişib artıq. Biz onu 5 seansa düzəldə bildik.
- Osteopatiyanın uşaqlara nə kimi faydası və təsiri var?
-Xarici ölkələrdə yenidoğulan körpələrə ilk 3 gündə osteopatiya təyin olunur. Çünki istər təbii, istər keyser üsulu ilə dünyaya gəldikdə uşağın başında kələ kötürlük olur, təzyiq fərqi uşaqlarda baş boyun problemləri yaradır.
Nevroloji problemi, həzm problemi, gec dil açan, ağlağan uşaqlar, boyun və beli əyriliyə meyilli uşaqlar, gəzməyə başlayarkən ayağını düzgün ata bilməyənlər, məktəbyaşlı uşaqlarda qamət pozulmaları, kifoz, skolioz, hiperaktiv uşaqlar, yaddaş pozğunluğu olanlar, sümük problemi olanlar, həmçinin daxili qəbzlik, kolit, həzmetmə, böyrək sancıları olan uşaqlar osteopatiya müalicəsindən keçdikdə çox böyük effektlər alınır.
-Osteopatik müalicə ağrılıdırmı?
Osteopat zərif toxunuşla daha güclü təsir etmək mümkündür. Hər hansı fəqərəni yerinə oturtmaq üçün osteopat bunu yavaş-yavaş, yüngül təzyiqlə edir. Bizdə güc tətbiqi, dartmaq, sındırmaq, ağrı vermək yoxdur.
Osteopat orqanizmin özünütənzimləmə və bərpa mexanizmlərini işə salır. Osteopatik seanslar 3 gün fasilə ilə olunur və bu zaman artıq xəstə ilk effekti hiss edir.
Osteopat həkim üçün bütün orqanizm maraqlıdır, o orqanizmin bütün daxili orqanlarının: ginekoloji, nevroloji və ya ortopedik problemlərin həllinə bütövlükdə yanaşır.
Osteopat ayaq barmaqlarından tutmuş kəllə sümüklərinə kimi bütün bədəninizi müayinədən keçirir. O bədəni öndən, arxadan və yanlardan müayinə edir, bədənin nahiyələrinin bir-birinə uyğunluğunu müqayisə edir, qamət pozulmasını, yeriş zamanı bədənin vəziyyətini nəzərdən keçirir. Ayaqüstə və oturan vəziyyətdə müayinədən sonra isə xəstənin uzanmış vəziyyətində bədənin müxtəlif toxumalarının harmonikliyinə, gərginliyinə, əzələlərin qarşılıqlı münasibətinə, maye axınlarının ritminə diqqət yetirir.
Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında
•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89