Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, 33 yaşlı təcrübəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından məlumat yayıb.
O, noyabrın 16-da test verdiyini və nəticənin müsbət olduğunu yazıb. Turan hazırda xəstəxanada təcrid edildiyini bildirib.