Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Araz çayından gələn şəfa - Orqanizmin ehtiyac duyduğu 84 mineralı ehtiva edən duz

  • 2024.05.03 16:38
  • 1029 Baxış
Araz çayından gələn şəfa - Orqanizmin ehtiyac duyduğu  84 mineralı ehtiva edən duz
Məşhur “Kağızman qaya duzu” saflığı və faydaları ilə son dövrlərdə daha da populyarlaşıb.

Medicina.az İHA-ya istinadən xəbər verir ki, insan orqanizminin ehtiyac duyduğu 84 mineralı ehtiva etdiyi bildirilən bu duz Kağızmandan Türkiyənin bir çox bölgəsinə sifariş edilir.

Kağızman Qars vilayətinin mahallarından biridir, Araz çayının yatağında yerləşir. Kağızman münbit torpağa və mülayim iqlimə, əlverişli coğrafi mövqeyə malikdir. Buradakı duz mədənləri çox məşhurdur. Bölgədən çıxarılan qaya duzu üyüdülərək süfrə duzu halına da gətirilir.

Kağızman qaya duzunun iki növü var. Həm kristal, həm də sarı damar duzlarının insan orqanizminin ehtiyac duyduğu 84 minerala sahib olduğu bildirilir.

Bu duzun astma və bronxit xəstəliklərini müalicə etdiyi, zob xəstələrinə yaxşı təsir etdiyi deyilir.

Bir çox insan Kağızman qaya duzunu xırda daşlar şəklində alıb yataq otağında saxlayır. Onlar bununla da problemlərindən tez zamanda xilas olduqlarını bildirirlər.


Aysel