Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Araşdırma: həftə sonu çox yatmaq depressiyadan qoruyur

  • 2024.05.07 11:01
  • 661 Baxış
Araşdırma: həftə sonu çox yatmaq depressiyadan qoruyur
Alimlər həftə sonu yatmağın insanı xoşbəxt edə biləcəyini, hətta depressiyadan qoruya biləcəyini açıqlayıblar.

Medicina.az xəbər verir ki, əksər insanlar həftənin yorğunluğundan xilas olmaq üçün həftə sonu daha uzun saatlar yatmağa üstünlük verir. Alimlərdən bu vərdişi dəstəkləyən açıqlama gəlib.

Bildirilib ki, həftə sonları həftə ərzində təmin edə bilmədikləri yuxu ehtiyacını kompensasiya edənlər depressiya əlamətlərini daha az keçirirlər.

Çinin Mərkəzi Cənub Universitetinin tədqiqatçıları depressiya əlamətlərinin qiymətləndirilməsini tamamlayan və yuxuları ilə bağlı sorğuya cavab verən 8 000-ə yaxın insan haqqında məlumatları təhlil ediblər.

Onlar aşkar ediblər ki, insanların demək olar ki, yarısı həftə sonları yataqda daha çox vaxt keçirməklə həftə ərzində əskik qalan yuxu ehtiyacını tamamlayır.

Həftə sonları bir və ya iki saat daha çox yatan insanlarda depressiya əlamətlərinin olma ehtimalı 46 faizə qədər azalıb. Depressiv simptomlara davamlı kədər hissi və əvvəllər həzz alınan fəaliyyətlərə artıq marağın olmaması daxildir.

Əlavə təhlillər göstəibi ki, həftə sonu əlavə yuxunun depressiya əlamətlərinə faydası əsasən həftə içi altı saat və ya daha az yatan insanlarda müşahidə olunur. Bunun kişilərdə və 65 yaşdan aşağı olanlarda da daha güclü hiss olunduğu müəyyən edilib.


Aysel