Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Arağı tərgidəndən 1 il sonra orqanizmdə nə baş verir?

  • 2023.11.03 15:04
  • 2451 Baxış
Arağı tərgidəndən 1 il sonra orqanizmdə nə baş verir?

Həkimlər çox xəstəliklərin profilaktikası üçün içkidən imtina etməyi tövsiyə edir.

Bəs arağı tərgitdikdən sonra orqanizm həqiqətən təmizlənirmi?

Medicina.az xəbər verir ki, alimlər 1 il ərzində insanın bədən və psixikasında baş verən dəyişiklikləri sübut ediblər.



Beynin həzz hormonu dofamin artdığı üçün insan həyat və işindən həzz almağa başlayır.


Spirtli içki qəbul etdikdən sonra beyin dofamin reseptorlarını həddindən artıq yükləyir və onlar uyuşur. Daha sonra bunu düzəltmək üçün beyində kədər və ümidsizlik hormonları əmələ gəlir.

1 il ərzində spirtli içki qəbul etməyən insanın enerjisində böyük artım baş verir, sağlam əhval-ruhiyyə yaranır.


Xərçəng, ürək xəstəliyi, qaraciyər və böyrək xəstəlikləri riski azalır və orqanizmin müdafiə qabiliyyəti artır.

Aygün Musayeva