Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

AQTA-ya yeni səlahiyyət verildi - Duzun keyfiyyəti bu üsulla yoxlanılacaq

  • 2018.05.11 23:01
  • 9780 Baxış
AQTA-ya yeni səlahiyyət verildi -  Duzun keyfiyyəti bu üsulla yoxlanılacaq
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətləri artırılıb.

 

Medicina.az xəbər verir ki, Prezident İlham Əliyevin "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 


Belə ki, AQTA iyulun 1-dən yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyqunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını həyata keçirəcək.