Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

AQTA tələbələrin zəhərlənməsi ilə bağlı açıqlama yayıb

  • 2019.11.30 10:42
  • 4855 Baxış
AQTA tələbələrin zəhərlənməsi ilə bağlı açıqlama yayıb
Azərbaycan Qida Təhlukəsizliyi Agentliyi (AQTA) Nizami rayonu NZS qəsəbəsində tələbələrin zəhərlənməsi ilə bağlı məlumat yayıb.


Agentlikdən Medicina.az-a bildirilib ki, zəhərlənmə ehtimalı barədə məlumat AQTA-ya daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

 

"İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".