Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aqressiv xərçəngin fərqli əlamətləri – Onkoloq açıqladı

  • 2023.12.29 17:11
  • 2435 Baxış
Aqressiv xərçəngin fərqli əlamətləri  – Onkoloq açıqladı

Erkən mərhələdə mədə-bağırsaq və mədəaltı vəz xərçəngi növləri simptomsuz inkişaf edir.


“Medicina” xəbər verir ki, ali dərəcəli onkoloq Beslan Balkarov aqressiv xərçəngin erkən əlamətlərini açıqlayıb:


“Mədə xərçəngi olan pasiyentlərdə ilkin simptom daimi mədə yanğısı, qıcqırma, yemək zamanı tikə udmada problem, ürəkbulanmadır.


Eləcə də az yeyən kimi doyurlar və qarın köpür.

2-ci mərhələdə xəstə səbəbsiz arıqlayır və tez yorulur.

Sakit halda da təngnəfəslik yaranır və xəstələr ürəyini, ağciyərini yoxladır.

Eyni simptomları qastrit, reflüks, mədə yırtığı və bağırsaq problemləri də verdiyi üçün həkimlər də şişdən ilk başda şübhələnmir.


Əgər xəstədə müalicədən sonra da bu əlamətlər keçmirsə, aylarla gözləmədən daha dərin müayinə olunsun.


Mədə və mədəaltı vəz xərçəngi üçün orta yaş 40-60 yaşdır. Xəstəlik daha çox kişilərdə yaranır.
Gənc yaşda mədədə Helikobakteri bakteriyası çıxan insanlar da ehtiyatlı olmalıdır.

Xəstəliyi acı, duzlu, qızarmış yemək yemək, mədədə polip və qastriti olması daha da aktivləşdirə bilər.

Bu vərdişləri olanlar 35 yaşdan artıq mədəni 2-3 ildən bir yoxlatmalıdır”.

Aygün