Rusiyalı onkoloq ən aqressiv, yəni qısa müddətə, 3-5 ay içində 4-cü mərhələyə çatan onkoloji xəstəlikləri açıqlayıb.
“Medicina” xəbər verir ki, həkim Sergey Fursovu sözlərinə görə, hazırda ürək xəstəliklərindən sonra ikinci yerdə gələn onkoloji xəstəliklərin çox sürətlə irəliləyən növləri var ki, onları 90% halda 3-4-cü mərhələdə aşkarlamaq olur.
Metastazlar bütün orqanizmi bürüdüyü üçün proqnozlar yaxşı olmur.
“Ən aqressiv xərçəng melanoma – dəri xərçəngi, ağciyər və mədəatı vəz şişləridir.
Melanoma 1 il ərzində 4-cü dərəcəyə çatır və xəstələrihn 10% bu müddət ərzində vəfat edir.
Melanomanı vaxtında aşkar etmək üçün insan xallardakı dəyişikliklərə çox diqqərtli olmalıdır.
Mədəaltı vəz xərçəngində insanda uzun müddət heç nə ağrımır. Onu diaqnoz etmək çətin olduğu üçün 3-cü mərhələdə güclə tapılır. Bu şiş qaraciyər, böyrək və ağciyərlərə tez yayılır
Ağciyər şişləri bütün dünyada artır. Hər xərçəngə yoluxan 5 nəfərdən biri ağciyər xəstəsidir. Bunun səbəbi siqaret, pis ekoloji mühit hesab edilir.
Əslində onu rentgen, flüoqrafiyada tez görmək olur. Amma insanlar öskürəyi başqa xəstəliklə səhv salıb, müayinəyə getmirlər. Hər il flüoqrafiya çəkdirmək vacibdir.
Aygün Musayeva