Deputat Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanski komaya düşüb.
Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir müddət öncə onun səhhətində ciddi problemlər yaranıb və o, kliniki ölüm keçirib. Həkimlərin müdaxiləsindən sonra onu həyatda saxlamaq mümkün olub. Hazırda Y.Naxçıvanskinin Oğuzda ev şəraitində komada saxlanıldığı bildirilir.
Qeyd edək ki, Yusif Naxçıvanski uzun illər Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. Bu ilin iyununda təqaüdə göndərilib.
Aqiyə Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ dairəsindən deputat seçilib. O, Müəllimlər İnstitutunun keçmiş rektoru olub.
Fotoda: Sağda Yusif Naxçıvanski