Apteklərdə satılan sürətli koronavirus testlərinə inanmaq olarmı? O testlər əsasən infeksiozluğu göstərir, infeksiyanı yox. Gərək burun və udlaqdan götürülmüş materialda virus həddən artıq çox olsun ki, test müsbət çıxsın. Bunun əhəmiyyəti odur ki, yüksək virus yüklü xəstələr tez aşkar olunacaq.
Bu sözləri tanınmış həkim, reanimatoloq-anestezioloq Şahin Məmmədov qeyd edib. Həkim bildirib ki, kimdə testin cavabı pozitiv çıxıbsa, virus yükü yüksəkdir və həmin insan yoluxdurucudur:
“Amma kimdə virus yükü azdırsa, yanlış neqativ cavab çıxacaq. Və həmin adam arxayınlaşaraq davranışına elə də nəzarət etməz və ətrafdakılara virusu yayar. Sizdə həmin test pozitivdirsə, inanın, həm də bilin ki, ətrafdakılar üçün yoluxdurucusunuz, xəstəliyin ilk 5-10 günlüyündəsiniz. Əgər cavab neqativ çıxarsa, tam arxayın olmayın, bu testlər infeksiyanı inkar edə bilmir. Ola bilər siz koronavirusa yoluxmusunuz, amma virus yükünüz azdır”./Publika.az