Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Apteklərdə monitorinq: 58 dərman müsadirə olundu

  • 2022.02.16 13:43
  • 1656 Baxış
Apteklərdə monitorinq:  58 dərman müsadirə olundu
Azərbaycanda 30 aptekdə monitorinqlər keçirilib, 58 dərman müsadirə olunub.

Bu barədə Medicina.az -a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə - 22, digər rayonlar üzrə 8 aptek olmaqla 30 aptekdə 01.01.2022-14.02.2022-ci il tarixləri ərzində planlı və plandan kənar yoxlamalar həyata keçirilib: "Müsadirə edilən qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 58 adda, 90.4 qutu təşkil edib. İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilib".