Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək niyə qadağan edilib? - Rəsmi açıqlama

  • 2018.12.10 11:42
  • 23357 Baxış
Apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək niyə qadağan edilib? -  Rəsmi açıqlama

Son bir-iki aydır, Azərbaycanda apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək, sistem köçürtdürmək – ümumilikdə ilkin tibbi yardım qadağan edilib.


Medicina.az xəbər verir ki, əvvəllər xəstə insanlar, qəfildən halı pisləşənlər, yaşlı və hamilə şəxslər uzağa getmək imkanı məhdud olduğundan, evin yaxınlığındakı aptekə müraciət edir və əczaçıdan ilkin tibbi yardım alırdılar. Lakin bir neçə aydır, əczaçılar insanlara yardım göstərməkdən imtina edirlər. Bildirirlər ki, onlara insanlara ilkin yardım etmək qadağan edilib. Səbəbini soruşduqda isə konkret cavab almaq olmur. 


Aptek işçiləri tərəfindən göstərilən ilkin tibbi yardımın kim tərəfindən və nə məqsədlə qadağan olduğunu öyrənmək üçün Medicina.az-ın əməkdaşı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən saytımıza bildirilib ki, xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədi ilə aptek müəssisəsi diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin, boyun və çəkinin ölçülməsi) istifadə edə bilər: "Xəstələrin diaqnostik test üsulu ilə müayinəsi xüsusi öyrədilmiş şəxsi heyət tərəfindən həyata keçirilir. Bunun üçün diaqnostik test üsulunun aparılması üçün yer, diaqnostik test üsulunun aparılması üçün standart əməliyyat prosedurları (SƏP), diaqnostik test üsulunun aparılması üçün dövlət standartına cavab verən, yoxlamadan keçmiş ölçmə vasitələrinin (və avadanlığın) olması, diaqnostik test nəticələrinə uyğun həkim müdaxiləsinə qədər yardımın göstərilməsi vacibdir”.

 


Arzu Mirzəyeva

Medicina.az


Apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək niyə qadağan edilib? -  Rəsmi açıqlama