Azərbaycanda həkimlərin resept yazmaq tendensiyasında Amerika və Avropada rast gəlinməyən bir məqam var. Dərmanlar brend adına görə yazılır, tərkibi qeyd edilməklə yox.
Məsələn, Amerikada həkimlərlə dərman firmaları arasında sövdələşməni və pasiyentləri qorumaq məqsədilə həkimlərdən reseptə dərmanın yalnız qenerik adı, yəni tərkibindəki əsas maddənin adı göstərilməklə yazılması tələb olunur.
Medicina.az məlumat verir ki, tanınmış pediatr Tərlan Eyyubov pasiyentləri narahat edən " firma dərmanı” xofunu azaltmaq üçün reseptə dərmanın qenerik adını yazmaq metodunu tətbiq edib.
" Amma sonra pasiyent aptekdən məzə zəng edir ki, sizin yazdığınız adda dərman yoxdur. Niyə? Çünki bizim apteklərin çoxunda əzcaçı yox, dərmanların tərkibini bilməyən robotlar çalışır. Onlar reseptə robot kimi baxıb, firma, brendinq adı ilə dərmanı tapmağa proqramlaşıb. Ona görə tərkibi ilə tapa bilməyəndə " yoxdur” deyirlər. Buna görə məcburuq ki, dərmanın brend adını yazaq.”
Həkim pasiyentləri firma və qeyri-firma dərmanları mövzusunda maariflənməyə və həkimin seçdiyi optimal və effektiv dərmanı alıb, müalicə olmağa çağırıb.
Mən bu fikirlə razi deilem bizim həkimlərimiz o qeder firma adlariyla dermanlari yazibki biz xestelere bu dermanin beynalxaq adi yeni terkibi oldugunu basa sala bilmirik deyirler yox orda ne yazilib onu ver bizim cox savadli eczaçilarimiz var sadece həkimlerimizin xesteleri bu qeder əczacilarimizi haksiz cixarmagi sahesinde eczacilarimizda savadsiz yerine qoyulur tebiki bu butun hekimlere ve butun eczacilarimiza samil deil