Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Aptekdə satılan maskalar koronavirusdan qorumur" - İşçi qrupunun rəhbəri

  • 2020.02.28 18:31
  • 4684 Baxış
"Aptekdə satılan maskalar koronavirusdan qorumur" -  İşçi qrupunun rəhbəri


"Cərrahi maskaların hər hansı qoruyuculuğu yoxdur".

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı keçirilən brifinqində deyib.

"Sadəcə N1 adlı xüsusi maskalar var ki, onları da həmin şübhəli şəxslərlə təmasda olan zaman tibbi personal istifadə edir. Apteklərdə satılan sadə maskaları sadəcə xəstəliyi olan şəxslərin taxması məqsədəuyğundur. Koronavirusdan qorunmaq üçün həmin maskalar bir vasitə deyil", - deyə o, qeyd edib.