Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aprelin 27-dən sonra yoluxma artıb - Təbib sədri səbəbləri açıqladı

  • 2020.05.01 18:07
  • 3629 Baxış
Aprelin 27-dən sonra yoluxma artıb  -  Təbib sədri səbəbləri açıqladı


“Aprelin 27-dən koronavirusa yoluxanların sayındakı artım xaricdən gələn şəxslərin olması ilə bağlıdır”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, əsasən, Gəncə və Lənkəran şəhərlərində yoluxma sayında yüksəliş müşahidə edilir və ümumi rəqəmlərdə artım var:

“Yumşaldılmadan sonra qaydalara riayət edilməməsi artıma səbəb ola bilər”.