Aprel qışdan çıxan tükənmiş orqanizmi vitaminlərlə bərpa etmək üçün ilk münasib aydır.
“Medicina” apreldə yeyilməsi vacib məhsulları araşdırıb.
Onların arasında beşi xüsusilə seçilib.
Avokado – yağlı tərkibinə görə pendiri xatırladan meyvə doymamış yağlar və E vitamini, həmçinin fol turşusunun əla mənbəyidir. Avokado yüksək həll olunan lifə malikdir, dəmir, mis və kalium da daxil olmaqla bir sıra faydalı minerallarla zəngindir.
Araşdırmalar göstərir ki, avokado ürək xəstəliklərindən qoruyur və qan təzyiqini aşağı salır. O həmçinin ürək və ürək-damar sistemi üçün lazım olan kalium, fol turşusu və lifin əla mənbəyidir. Avokadoda olan doymamış yağlar yüksəlmiş xolestrol səviyyələri üçün tövsiyə olunur. Avokadonun tərkibində liflə birləşən yağlar daha uzun müddət tox qalmanıza və iştahı tənzimləməyə kömək edəcək.
Raddikko – qırmızı kələm kimi tanıdıqımız tərəvəz tünd qırmızı-bənövşəyi yarpaqlı tərəvəz İtalyan və Aralıq dənizi mətbəxində geniş yayılmışdır. Bəzən qırmızı kələm və ya kahı ilə səhv salınır.
Bu tərəvəzin kalorisi azdır, lakin onda olan inulin qida lifinin yaxşı mənbəyidir. Bədən və beyin sağlamlığı üçün vacib K vitamini ilə zəngindir. Bu maddə bədəndəki kalsium səviyyəsini tənzimləməyə kömək edir.
Tədqiqatlar göstərir ki, yüksək K vitamini olan insanların sümük sıxlığı daha yüksəkdir, K vitamini səviyyəsi aşağı olan insanlarda isə osteoporozun inkişaf riski daha yüksəkdir. Bu tərəvəzdə olan antioksidantlar bağırsaq sağlamlığını qorumağa kömək edir və oksidləşdirici stressin yaratdığı hüceyrə zədəsini bərpa etməyə kömək edir.
Yabanı sarımsaq - bitkisinin gövdəsi və soğanağının tərkibində sarımsağa bənzər efir yağları var, ona görə də ondan sarımsaq iyi gəlir.
Aprel ayında bazarlarda maraqlı göyərti növləri, o cümlədən yabanı sarımsaq sarımsaq görünür.
Yabanı sarımsaq mədə problemlərində tövsiyə olunur - ishal, iştahsızlıq ilə kömək edir. Yabanı sarımsaq ateroskleroz və yüksək təzyiqə qarşı təsirli olur, bu xəstəliklərin simptomlarına - başgicəllənmə və ya yuxusuzluğa yaxşı kömək edir. Yabanı sarımsaq bakterisid təsiri sayəsində soyuqdəymə, qrip, bronxitin müalicəsi üçün uyğundur.
Yabanı sarımsağın faydalı xüsusiyyətləri təzə yığıldıqda maksimum şəkildə özünü göstərir. Bəziləri bu məhsulu turşu kimi baqlayıb, qışda yeyirlər.
Sazan balığı - balıqlar arasında ən yaxşı protein mənbələrindən biridir. Aprel ayında - sazan, çapaq ovu dövrüdür. Bu balıq toyuq əti ilə birlikdə bədənə bütün vacib amin turşularını verə bilər.
Mədə-bağırsaq traktının xəstəlikləri varsa, sazanı qızartmayın. Qızartma zamanı qida maddələrinin çoxu itir və mədəaltı vəz, qaraciyər hücuma məruz qalır. Buna görə də qaynadılmış və ya bişmiş istifadə etmək tövsiyə olunur.
Brüssel kələmi - 100 qramında 85 mq-dan çox C vitamini var. İmmunitet sisteminə kömək edir, həmçinin toxumaların və bədənin hüceyrələrinin bərpası, sümüklərin, dişlərin, dərinin və qığırdaqların böyüməsi üçün lazımdır. Yazın ortalarında təzə brüssel kələmləri satılır. O, xərçəng və ürək xəstəliklərinə səbəb ola biləcək hüceyrələrdən qoruyan antioksidantlarla zəngindir.
Brüssel kələmindən zövq almağın ən yaxşı üsullarından biri sobada qovurmaqdır. Təzə halda da salatlara əlavə edə bilərsiniz.
Günay Quliyeva