Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Apreldə yeni dalğa gözlənilir - İnfeksionist açıqladı

  • 2021.02.12 10:45
  • 1417 Baxış
Apreldə yeni dalğa gözlənilir -  İnfeksionist açıqladı

Koronavirus xəstəliyində yeni dalğanın baharın ortalarında, aprel ayında baş verməsi gözlənilir.

Bu barədə infeksionist Yevgeni Timakov söyləyib.

Onun sözlərinə görə, cəmiyyət vaxtından əvvəl maskadan və məhdudiyyətlərdən imtina edərsə, infeksiyalar kütləvi ola bilər.

“İstənilən halda növbəti dalğa olacaq. Ancaq sual budur ki, bu, kiçik olacaq, ya hiss etmədən keçəcəyik, yoxsa kütləvi xəstəliyə tutulacağıq. Tezliklə yaz aylarında kəskin respirator xəstəliklər yayılmağa başlayacaq, hətta kiçik virus dozası da insanların yoluxması üçün kifayət edəcək”, - Timakov RİA “Novosti”yə verdiyi müsahibədə bildirib.

Həkim əlavə edib ki, qışın sonunda immunitet zəifləyir. Vitamin və günəş çatışmazlığı, sosial məhdudiyyətlər və iqtisadi vəziyyətin səbəb olduğu depressiya immuniteti daha da zəiflədir.