Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aprel qazisinə Türkiyədə kök hüceyrə köçürüldü, artıq gəzə biləcək - LİV Hospitaldan unikal əməliyyat

  • 2018.06.27 15:15
  • 22056 Baxış
Aprel qazisinə Türkiyədə kök hüceyrə köçürüldü, artıq gəzə biləcək -  LİV Hospitaldan unikal əməliyyat

2016-cı il aprel döyüşlərində onurğasından yaralanan və bu səbəbdən gəzə bilməyən baş leytenant Azər Arif oğlu Məmmədov ayağa qalxıb.


Medicina.az xəbər verir ki, bu vaxta kimi 2 dəfə əməliyyat olunan aprel döyüşləri qazisi Heydər Əliyev Fondunun dəstəyi və Healthis Assistance Şirkətinin rəhbəri Sənan Quliyevin təşkilatçılığı ilə bu ay LİV Hospitala yatırılıb. 


Pasiyentə LİV Hospitalın kök hüceyrə nəqli üzrə uzmanı, Prof. Dr. Erdal Karaöz tərəfindən 2 kurs kök hüceyrə nəql edilib. O, Prof. Dr. Çağatay Öztürk tərəfindən onurğa əməliyyatına alınıb. Onun səhhətinin hazırda yaxşı olduğu bildirilir.

 


 

A.Məmmədov xəstəxanaya aparılarkən əlil arabasında gedib. Həkimlərin sözlərinə görə, bədənin sağ tərəfində və belində gücsüzlük və hissiyatsızlıq olub. Əməliyyatdan sonra isə A. Məmmədov ətrafdan yüngül dəstək alaraq özü qalxır, dayanır, addım ata bilir. 


LİV Hospital Onurğa Cərrahiyyəsi bölümünün rəhbəri, Prof. Dr. Çağatay Öztürk pasiyentin özünün də əzmi ilə sərbəst, müstəqil gəzəcəyinə inanır:


"Sevgili Azərin əməliyyatını uğurla bitirdik. Çox ağır yaralanıb. Əslində yaralandığı ilk andan bu vaxta kimi keçirdiyi müalicə və əməliyyatlar yerində olub, xəstənin nevroloji durumu düzəlmişdi. Lakin bir tərəfli gücsüzlük, tam yeriyə bilməməsinin səbəbini araşdırdıq. Əvvəl taxılmış implantlarda yetərsizlik aşkar etdik.

 

Sinir kanalını sıxışdıran çox sayda sümük parçalarını təmizlədik. Oturması, ayağa durması bundan sonra daha yaxşı olacaq. Azər bəyin bir hərbçi əzmi ilə bundan sonra daha yaxşı nəticələr əldə edəcəyini görürəm. Bu gün üçün hər şey bitmiş sayılmaz. Müalicə, müşahidə və reabilitasiyamız davam edəcək”.


Aprel qazisinin müalicəsi ilə hospitalın rəhbəri Meri İstiroti, baş həkim Dr. Adil Tanık, baş həkim köməkçisi Dr. Halil Hüzmeli, Beynəlxalq şöbənin müdiri Dr. Fatih Akpınar birbaşa maraqlanıb, onu ziyarət ediblər.

 


Aprel qazisinə Türkiyədə kök hüceyrə köçürüldü, artıq gəzə biləcək -  LİV Hospitaldan unikal əməliyyat
Aprel qazisinə Türkiyədə kök hüceyrə köçürüldü, artıq gəzə biləcək -  LİV Hospitaldan unikal əməliyyat