Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aprel qazisi komadadır - başının içi irinləyib

  • 2018.10.17 18:20
  • 9828 Baxış
Aprel qazisi komadadır -  başının içi irinləyib
Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qoşqar Hacıyevin vəziyyəti ağırdır. 


Medicina.az xəbər verir ki, qazi 11 gündür komadadır.


Qoşqar Hacıyevin qardaşı İlqar Hacıyev qardaşının vəziyyəti ilə bağlı bunları deyib: 


"Qardaşımın başına Türkiyədə stend qoymuşdular. O vaxt həkimlər demişdi ki, stend müəyyən müddətdən sonra dəyişilməlidir. İmkansızlıqdan dəyişilməyib, başının içi irinləyib. Stend dəyişmədikcə həyatı təhlükədədir. Təcili müdaxilə olmasa, qardaşım həyatını itirəcək”.