Aprel-may aylarında koronavirusun mövsümi xarakter daşıdığına görə yoluxma halları artacaq".
Medicina.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.
T.Qolikova əhalinin koronavirusa qarşı peyvənd olunmasını vəziyyətin sabitləşməsinin açarı olduğunu vurğulayıb:
"Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram, çünki əzizlərinizin, birlikdə çalışdığınız işçilərin sağlamlığını qorumaq vacibdir".
Baş nazirin müavini əlavə edib ki, peyvənd vurulduqdan sonra məhdudlaşdırıcı tədbirləri davam etdirmək çox vacibdir: "Məhdudlaşdırıcı tədbirlərin tez aradan qaldırılması üçün qaydalara əməl etməklə çox vacibdir".