Hər il minlərlə insan kəskin appendisitdən əməliyyat olunur. Həkimlər və insanlar artıq bu fikrə öyrəşib ki, appendisit iltihablıdırsa, o kəsilməlidir, müalicə yolu yoxdur.
Medicina.az xəbər verir ki, 3 ildir ki, Avropa ölkələrinin həkimləri appendisiti antibiotiklə müalicə etməyə cəhd edir və bu yöndə tədqiqatlar aparırlar.
Bu xəstəliyin əməliyyatsız müalicəsinə nail olmaq, hər il yüz minlərlə insanı cərrahi əməliyyatdan xilas etmək deməkdir.
Appendisit elə sürətlə inkişaf edir, ağırlaşmalar verir ki, bu zaman həkimin onu müalicə etməyə şansı və vaxtı qalmır.
Hələ ki, absess, yəni irin olmayan appendisitlərdə bəzi həkimlər dərman müalicəsi yazır.
2018-ci ildə Finlandiyada aparılan tədqiqatda 273 pasiyent üzərində əməliyyatsız antibiotiklə müalicə sınanıb. Abses olmayan appendisit diaqnozlu xəstələrdən 60% əməliyyat olunmaqdan xilas olub, üstəlik 5 il ərzində xəstəlik geri qayıtmayıb. 40%-i isə əməliyyat edilib.
Kəskin appendisit nədən yaranır?
Appendiksin ilgəyə bənzər quyruğunun nəcis daşları, parazit, qida kütləsi, törəməz və s. ilə tutulması və irinləməsindən yaranır. Appendiksdə bağırsaq çöpləri, stafilakokk və streptokokklar da iltihab əmələ gətirir.