Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Appendisit diaqnozu qoya bilməyən klinika - yarım milyon cərimələndi

  • 2022.10.18 17:35
  • 1849 Baxış
Appendisit diaqnozu qoya bilməyən klinika    - yarım milyon cərimələndi

Tümendə xəstəxana pasiyentə səhv diaqnoz qoyduğu üçün yarım milyon rubl təzminat ödəməli olub.

"Medicina" xəbər verir ki, "Neftçilər" klinikasında qadına 2 dəfə yanlış diaqnoz qoyublar.

Belə ki, qadın qarnında kəskin ağrılarla xəstəxanaya müraciət edib, həkimlər ona müalicə təyin edib.
Lakin dərmanlar fayda verməyib, qadının vəziyyəti daha da pisləşib.

O yenidən eyni klinikaya gəlir, bu dəfə ona 2 həkim vaxır və dərmanları dəyişirlər.
1 sutka sonra qadın kəskin tutmalarla ağır vəziyyətdə xəstəxanaya aparılır və onda kor bağırsaq - appendisk partlaması aşkarlanır.

Səhv diaqnoz və müalicələr səbəbindən ölümlə üz-üzə qalan, kəskin peritonit olan və ağır əməliyyat keçirən qadın həkimləri məhkəməyə verib.

Məhkəmə pasiyentin hüquqlarının pozulduğunu və həkim səhvini sübuta yetirərək, klinikanı 550 min, həkimləri isə 275 min rubl təzminat ödəməyə məcbur edib.

Aygün Musayeva