Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Appendiksdə xərçəng şişi aşkarlandı

  • 2023.05.08 19:06
  • 2073 Baxış
Appendiksdə xərçəng şişi  aşkarlandı
Rusiyada kor bağırsağın əməliyyatı zamanı bədxassəli xərçəng şiş aşkarlanıb.

Bu tibdə nadir görülən haldır. Həkimlər appendiksi içərisindəki bədxassəli şişlə birlikdə çıxarıblar.

“Medicina” xəbər verir ki, Krasnodar Klinik Onkologiya Mərkəzində xəstədən appendiks xərçəngi patologiyasının nadir forması çıxarılıb,

Belə ki, dispanser müayinəsi zamanı yaşlı kişidə prostat vəzinin şişi aşkarlanıb və ona müalicə təyin edilib. Əlavə diaqnostika həkimlərə sağ üreterin neoplazmasını da aşkar etməyə imkan verib.

Əməliyyat təyin edilib, bu müddət ərzində cərrahlar əlavə ağırlaşmalarla qarşılaşıb, appendisk çıxığının içində bədxassəli şiş də aşkar edilib.

Appendiksin xərçəng patologiyası mədə-bağırsaq traktının xərçəngləri arasında ən ağır və aqressiv formadır.
Xəstə hazırda evə buraxılıb və vəziyyəti yaxşıdır.


Günay Quluzadə