Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

APPENDİKS- lazımlı, yoxsa artıq çıxıntı? – Hansı hallarda kəsilməlidir?

  • 2019.08.06 19:55
  • 10427 Baxış
APPENDİKS- lazımlı, yoxsa artıq çıxıntı? –  Hansı hallarda kəsilməlidir?
Kəskin appendisit ümumi Yer əhalisinin 12-13%-də rast gəlinən patologiyadır. Bu forma appendisitdə yeganə metod əməliyyatla kəsilib götürülməsidir. Əgər appendisit partlamayıbsa, peritonit olmayıbsa, iltihablaşmış appendisitin əməliyyatı həkim və xəstələrin ən asan hesab etdiyi əməliyyat növüdür. 


Hətta bəzən sağlam, əməliyyata ehtiyacı olmayan, arada sancan appendisitin kəsilməsi, bəzən səhvən appendisitdən şübhələnib əməliyyat olunması da faciəvi hal hesab edilmir. 


Medicina.az xəbər verir ki, kəskin olmayan appendiksin appendiksin sadəcə zəmanət üçün kəsilməsi məsləhət deyil. 


10 illər bundan öncə kor bağırsağın bu çıxıntısının orqanizm üçün əhəmiyyətsiz, lazımsız olduğunu düşünürdülər. Hətta əvvəllər dənizçilər, ekspedisiyaya gedənlər, hərbçilər appendiksi kəsdirirdilər ki, qəfildən onlara problem yaşatmasın.  Bir ara isə appendiksi kəsmək sanki dəb idi. 


Amma 2000-ci illərdən aparılan elmi araşdırmalar sübut etdi ki, iltihablanmamış bu soxulcana bənzər çıxıntıdan xilas olmaq məsləhət deyil. 

Karolina ştatının Tibb universiteti sübut etdi ki, appendiks insanın immun sistemində çox vacib rol oynayır.  Bu çıxıntının torbacığında faydalı bağırsaq bakteriyaları yuva salır, onlar patogen floranın aktivləşməsi zamanı inkubator rolunu oynayır. Bir sözlə, appendiksi olmayan insanın bağırsaqları müdafiəsiz qalır, bu da xəstəliklər zamanı immuniteti zəiflədir. 


Bu faktı amerikalı hərbçilərin Vyetnam müharibəsinə göndəriləndə kütləvi şəkildə appendisit əməliyyatı olunmasından sonra onların durumu, zəifliyi də sübut etdi. 


Elmi tədqiqatlar göstərdi ki, appendiksi olmayan insanlarda bağırsaq infeksiyaları artır, disbakterioz yaranır. 

2018-ci ildə Tayvan alimlərinin elmi sübutu daha dəhşətlidir: Onlar 10 il ərzində appendisit əməliyyatı keçirmiş xəstələrin sonrakı durumunu izləyərək, görüblər ki, əməliyyatdan sonra əksər qadınlarda ağır infeksion xəstəliklər, eləcə də qırmızı qurd eşənəyi aşkarlanıb. Bütün bu xəstəliklər immunitetin zəifləməsi səbəbindən baş verib.


Əgər şəkərli diabet xəstələrində appendiks kəsilsə, əməliyyatdan bir müddət sonra xroniki böyrək çatışmazlığı riskini də artırır. 

 


APPENDİKS- lazımlı, yoxsa artıq çıxıntı? –  Hansı hallarda kəsilməlidir?
APPENDİKS- lazımlı, yoxsa artıq çıxıntı? –  Hansı hallarda kəsilməlidir?
APPENDİKS- lazımlı, yoxsa artıq çıxıntı? –  Hansı hallarda kəsilməlidir?