Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan ölüb.
"BakuPost"un məlumatına görə, 55 yaşlı Məmmədov Namiq Eyyub oğlu Astara Mərkəzi Xəstəxanasında müalicə alırdı. Hakim müalicə edildiyi xəstəxanada dünyasını dəyişib.
N.Məmmədov 2017-ci ildən adıçəkilən qurumda çalışırdı. Bundan öncə isə o Ağdam, Şəki və Şirvan məhkəmələrində işləyib.
Xatırladaq ki, dünən Azərbaycan Respublikasında 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.