Məşhur aparıcı Zaur Baxşəliyev koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, o bu barədə ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinə qoşularaq bildirib.
Aparıcı bir neçə gün özünü pis hiss etdiyi üçün test verdiyini deyib.
“Özümü biraz nasaz hiss edirdim, elə həmin vaxtdan da özümü evdə izolyasiya etdim. Günay və uşaqlar ayrı mən ayrı qaldım. Testimin cavabı pozitiv gəldi. İndi isə müalicələrimi alıram” – deyə, o bildirib.
Zaur Baxşəliyev həm də qeyd edib ki, üç doza vaksin vurdurduğu üçün xəstəliyi yüngül keçirdiyini hiss edir.